Maqazin 09:44 14.11.2014

Bakıda 37 min manata icarəyə verilən gəlinlik var

“Məhərrimlik ayı bitdikdən sonra gəlinliklərdə qiymət dəyişikliyi gözlənilir”. Bu sözləri axar.az-a şəhərin öndə gedən brend mağazalarından birinin aparıcı dizayneri Təranə Sultanova deyib: 

“Təbii ki, indi biz məhərrəmliklə bağlı çalışmırıq. Bu isə məhərrəmlik ayından sonra gəlinlik paltarlarında qiymətin yüksəlişinə səbəb olur. Yeni mövsümdə xaricdən gətirilən geyimlər olacaq və onlar da yeni model olduğu üçün daha baha qiymətə alıcıların ixtiyarına veriləcək”.

Təranə Sultanovanın söylədiklərinə görə, şəhərin mərkəzində yerləşən və dəbdəbəli mağazalarında ən ucuz gəlinlik paltarının icarə qiyməti 17-24 min arası, satış qiymətləri isə 15-80 min manatdan yüksəkdir. Dizayner xanım vurğuladı ki, onlarda ən bahalı kirayəlik paltar 37 min manatlıq Fransa istehsalı olan “mavi gəlinlik” olub. Xanımın söylədiyinə əsasən, bu paltarı indiyə qədər 11 gənc xanım öz toyunda icarəyə götürərək istifadə edib.

Qaynar.info