Foto 20:26 05.01.2019

Bakıda 5 maşın toqquşdu: Böyük tıxac yarandı (FOTO)

Axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində zəncirvari yol qəzası olub.

Qaynarinfo "report"a istinadən xəbər verir ki, hadisə prospekt ilə hava limanı istiqamətində hərəkətdə olan 5 maşının ardarda toqquşması nəticəsində baş verib.

Qəza yolda böyük tıxaca səbəb olub. Xəsarət alanlar barədə məlumat yoxdur.