Foto 15:13 14.12.2019

Bakıda 6500 kv metrlik ev əşyaları mağazası açıldı (FOTOLAR)

Bakıda 6500 kv metr ərazini əhatə edən, 20 mindən çox çeşidi özündə birləşdirən yeni ev əşyaları mağazası fəaliyyətə başlayıb. 

Novas Home brendi altında fəaliyyətə başlayan mağazada Uşaq aləmi, təmizlik əşyaları, kiçik məişət avadanlıqları, aksesuar, dekor, orqanayzer, idman, bağ bağça, qab–qacaq, mebel və bu kimi ev üçün lazım olan bütün əşyalar, həmçinin avtomobil aksesuarları satılır.  

"Ayna Sultanova" abidəsi yaxınlığında, Səttar Bəhlulzadə küçəsi 10A ünvanında yerləşən mağaza "Bizim Market” supermarketinin daxilində fəaliyyət göstərir. Müştərilər məhsulları mağazada nəğd və eyni zamanda Birkart vasitəsi ilə faizsiz taksitlə də əldə edə bilərlər. 

Qeyd edək ki, bu, Novas Home-un sayca 6-cı böyük mağazasıdır. Eyni konseptdə Günəşli, Əhmədli, İnşaatçılar, Xırdalan ərazilərində Novas Home mağazaları fəaliyyət göstərir. Yaxın zamanlarda Novas Home şəbəkələrində nəğd və kreditlə satış əsasında mobil telefon, kiçik və böyük məişət avadanlıqları satışı planlaşdırılır. 

"Ayna Sultanova"da açılan mağaza isə şəbəkənin ən böyük əraziyə malik olan mağazasıdır.