Foto 18:03 25.06.2018

Bakıda ağac “qətliamı”: sakinlər etiraz edir (FOTOLAR)

Bakının Xətai rayonu, Telnov küçəsində məcburi köçkünlərin məskunlaşdığı ərazidə ağaclar qanunsuz şəkildə kəsilir.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, ağacları kəsən şəxslər sakinlərin etirazlarına məhəl qoymur və bununla bağlı aidiyyəti orqanlardan icazə aldıqlarını deyirlər.

Hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri dəvət edilib.