Foto 10:19 30.10.2018

Bakıda ağır qəza: YPX avtomobili 2 yük maşınına çırpıldı (FOTO/VİDEO)

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qaynarinfo baku.ws-yə istinadən xəbər verir ki, iki yük maşını və YPX maşının iştirakı ilə qəza baş verib.

Qəza gecə "Dərnəgül" yolunda olub. Yük maşınları bir-birinə dəyib. Daha sonra isə YPX avtomobili yük maşınlarına çırpılıb.

Hadisə zamanı ölən və yaralananlar haqqında məlumat yoxdur.