Ölkə 15:49 18.12.2017

Bakıda analoqu olmayan piyada keçidi (FOTO)

Belə piyada zolaqlarını ancaq Bakıda görmək olar...

Qaynarinfo xəbər verir ki, son zamanlar paytaxtın bəzi küçələrdə qanuna zidd olduğu üçün ləğv edilən piyada keçidləri təəssüf ki, yarımçıq şəkildə silinir, ya sadəcə yol nişanı götürülür, xətt olduğu kimi qalır.

Bu zaman həmin piyada zolaqları həm sürücüləri, həm də piyadaları çaşdıraraq, onların həyatını təhlükəyə salır.

Belə hallardan biri də paytaxtın Nəsimi rayonunun Rəşid Behbudov küçəsində qeydə alınıb. Sözügedən küçədə zolağın yarı hissəsinin silinməsi ilə ortaya gülməli, eyni zamanda da biabırçı bir mənzərə çıxıb.

Bu barədə sosial şəbəkədə istifadəçilərdən biri foto paylaşıb.
 
Qaynarinfo həmin fotonu sizlərə təqdim edirik: