Ölkə 12:14 25.01.2020

Bakıda araqdan zəhərlənən qazaxıstanlı evə buraxıldı

Spirtli içkidən zəhərlənən Qazaxıstan vətəndaşı evə buraxılıb.

Bu barədə Qaynarinfo-ya Respublika Toksikologiya Mərkəzindən məlumat verilib.  Mərkəzdən verilən xəbərə görə, xəstənin vəziyyəti xəstəxanaya gətirilərkən çox pis olub:

"Spirtli içki qəbul etmişdi. Vəziyyəti çox pis idi. Müayinə edilib, ilkin tibbi tədbirlər görüldü. Gecəni xəstxanada qaldı. Həyati təhlükəsi olmadığından evə buraxıldı".

Qeyd edək ki, yanvarın 24-də Azərbaycanda daha bir nəfər spirtli içkidən zəhərlənib. Qazaxıstan vətəndaşı, 1980-cı il təvəllüdlü Əzimov Şahmalı Anatoliyeviç Xətai rayonunda yerləşən "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı araq içib və zəhərlənərək Toksikologiya Şöbəsinə yerləşdirilib. 

Bahar Rüstəmli