Ölkə 09:35 07.01.2018

Bakıda avtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub (SİYAHI/YENİLƏNİB)

Zığ şosesində 175 saylı xətt üzrə ("Xətai" metrostansiyası-Hövsan qəsəbəsi) hərəkət edən avtobusun aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 15 şəxsin kimliyi bəlli olub.
 
Qaynarinfo-nun məlumatına görə, 3 saylı şəhər Xəstəxanasından APA-ya bildirilib ki, xəsarət alanların hamısına tibbi yardım göstərilib. 
 
Xəsarət alanlar bunlardır: 
 
Həsənov Taleh (1998)
Qurbanova Mətanət (1960)
Məhərrəmov Elcan (2003)
Nəbiyeva Səliqə (1959)
Ağayeva Səbirə (1975)
Məmmədli Aygün (2002)
Namazov Sədi (1938)
Məmmədov Rüstəm (1964)
Teymurova Afət (1974)
Yedyarova İrina (1975)
İsgəndərova Aygün (1981)
Savgin Vasiliy (1975)
Hüseynli Müşfiq (1998)
Babayeva Tahirə (1936)
Cəfərova Sevda (1961)

*** 
Zığ şosesində avtobusun aşması nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.
 
Bunu APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
 
L. Bayramova onların 3 saylı şəhər Xəstəxanasına yerləşdirildiyini və müvafiq tibbi yardım göstərildiyini bildirib. 
 
***
Bakıda marşrut avtobusu aşıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə saat 16:30 radələrində Zığ şossesində baş verib.

Hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub.