Ölkə 11:08 04.11.2017

Bakıda avtobus körpüyə niyə ilişdi? (FOTO)

"Bakıda baş verən qəza həm də onu göstərir ki, bu avtobusun sükanı arxasındakı sürücü qaydalardan xəbərsizdir, o boyda 3.13 nişanının nə demək olduğunu bilmir".

"Qaynarinfo" xəbər verir ki, bu sözləri yol-hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Bakıda, 28 May küçəsində sərnişin avtobusunun körpüyə ilişməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qəza olduqca maraqlıdır və bunun baş verməsinin bir neçə səbəbi ola bilər:

"Bu gün Bakıda baş verən bu qəza maraqlıdır. Bunun bir neçə səbəbi ola bilər:

1. Bu avtobusun sükanı arxasındakı sürücü qaydalardan xəbərsizdir, o boyda 3.13 nişanının nə demək olduğunu bilmir;

2. Elə həmin sürücü öz avtobusundan xəbərsizdir, onun hündürlüyünü bilmir;

3. (Ən pis variant) Bu 3.13 nişanı körpü aşırımının altındakı hündürlüyə uyğun deyil. 

Sizcə, bu varintlardan hansı doğrudur?

Xatırladıram ki, körpü altındakı faktiki hündürlük 3.13 nişanında göstəriləndən 0,3-0,4 metr artıq olmalıdır. Yəni bu halda oradakı 3.13 nişanında "3,5 m" varsa, bu o deməkdir ki, körpü altındakı hündürlük ən azı 3,8 metr olmalıdır. Belə çıxır ki, avtobus 3,8 metrdən hündürdür. Hər halda bu avtobusun hündürlüyünü dəqiqləşdirmək və körpünün altının hündürlüyünü ölçmək maraqlı olardı".
 


Qaynarinfo.Az