Ölkə 16:49 18.07.2018

Bakıda avtobus səfirin avtomobilini vurdu

Bakıda sərnişin avtobusu səfirliyə məxsus avtomobillə toqquşub.

Qaynarinfo-nun unikal.org-a istinadən xəbərinə görə, Nəsimi rayonu ərazisində İlqar Hüseynovun idarə etdiyi 52 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo” markalı avtobus İraq səfirliyinə məxsus "Jeep”lə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.