Ölkə 23:55 04.12.2019

Bakıda avtobus sürücüsü sərnişini döydü

Bakıda döyülmə hadisəsi baş verib.

Qaynarinfo "report"a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Zeyniyev Elton Oktay oğlu 166 nömrəli sərnişin avtobusunun sürücüsü tərəfindən döyülüb. 

Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona burun sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.