Ölkə 10:16 20.07.2018

Bakıda “ZİL” “QAZel”ə çırpıldı: 13 yaralı var (YENİLƏNİB)

İyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi "ZİL” və Vəli Cavadovun idarə etdiyi "QAZel” markalı avtomobillər toqquşub.

DİN-in mətbuat xidmətindən "Report”a verilən məlumata görə, hadisə nəticəsində V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.