Foto 16:02 09.08.2019

Bakıda avtomobil restorana çırpılıb (FOTO, VİDEO)

Bakıda idarəetməni itirən avtomobil restorana çırpılıb.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonunda yerləşən "Ali Usta” restoranının qarşısında qeydə alınıb.

Belə ki, yolun kənarında avtomobilini park etmək istəyən sürücü idarəetməni itirərək yaxınlıqda fəaliyyət göstərən restorana girib.