Ölkə 21:25 09.05.2013

Bakıda azyaşlı körpə evdə yandı

Bakıda  kommunal tipli yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda iki mənzil yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildə iki meyit aşkarlayıblar. Bunlar 2010-cu il təvəllüdlü Əhmədov Rauf Zahid oğlunun və 1949-cu il təvəllüdlü Korolyova Valentina Pavlovnanın meyitləri olub.

Yanğında daha iki nəfər yanıq xəsarəti alıb, bir nəfər isə tüstüdən zəhərlənib. 

Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə bağlı təhqiqat aparılır.

Qaynar.info