Ekonomiks 14:44 22.04.2014

Bakıda bəzi avtobuslarda gediş haqqı qaldırıldı

"Binə" və "Sədərək” Ticarət mərkəzlərinə gedən avtobuslarda gediş haqqı qaldırılıb

"Binə” və “Sədərək” Ticarət mərkəzlərinə gedən bəzi marşrut avtobuslarında süni qiymət artımı müşahidə olunur. Məlumata görə, sözügedən ticarət mərkəzlərinə gedən avtobuslarda gediş haqqı qaldırılaraq 40 qəpik olub. Halbuki, gediş haqqı əvvəllər 30 qəpik idi. 

Qaynar.info xəbər verir ki, məlumatı Azadxeber.net saytı yayıb. 

Verilən məlumata görə, 211 nömrəli marşrutda artıq bir həftəyə yaxındır ki, bu qiymət artımı qüvvədədir. Sakinlər narazılıq bildirsələr də, məsələ olduğu kimi qalır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info