Ölkə 21:45 06.08.2017

Bakıda biabırçılıq: 35 yaşlı qadını marşrutda döydülər

Bakıda marşrut avtobusunda dava-dalaş olub.

"Qaynarinfo" lent.az-a istinadən xəbər verir ki, hadisə 20-ci sahə - Ələt marşrutu üzrə sərnişin daşıyan 195 saylı marşrut avtobusunda qeydə alınıb.

1982-ci il təvəllüdlü Aynurə Aslanova polisə şikayət edərək bildirib ki, qohumu, 28 yaşlı Adışirin Aslanov avtobusda ona hücum edərək döyüb.

Qadının müraciəti əsasında araşdırma aparılır.

Qaynarinfo.Az