Ölkə 22:11 09.01.2018

Bakıda binada yanğın, 10 sakin təxliyə edildi

Bakıda yanğın hadisəsi qeydə alınıb. 

Qaynarinfo-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində sayğac və 30 p.m elektrik kabeli yanıb. Yanğın zamanı mənzillərdən 10 nəfər sakin təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.