Ekonomiks 10:00 26.11.2018

Bakıda bu villa 21 milyona satılır (FOTOLAR)

Bakının Sabunçu rayonu Bilgəh qəsəbəsində möhtəşəm villa 21 milyon manata satışa çıxarılıb.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, qəsəbənin ən bahalı küçələrindən hesab edilən Mir Cəlal Paşayev küçəsində yerləşən villa 160 hektar ərazidə inşa olunub. Möhtəşəm tikili 2 mərtəbədən ibarətdir.

Klassik üslubda hazırlanmış müasir tikilinin ümumi sahəsi 2.000 kvadratmetrdir. Yaşayış tamamilə yeni eksklüziv dizayn mebelləri, lampalar, qablar, rəsmlər və sair ilə təchiz olunub.

Tikilinin özü qədər həyətyanı sahəsi də diqqət çəkir. Həyətində meyvə və bəzək ağaclardan ibarət böyük bağ var.

Tikili hökumət igamətgahları və villaları arasında yerləşir. Villanın ilkin satış qiyməti 21.000.000 manatadır.