Video 19:33 20.01.2019

Bakıda bütün nəqliyyat 1 dəqiqəlik dayandı: 20 Yanvar şəhidləri yad edildi (VİDEO)

20 yanvar şəhidlərinin xatirəsi təkcə Şəhidlər Xiyabanında deyil, həm də ölkə üzrə bir dəqiqəlik sükutla yad edilib.
 
Qaynarinfo xezerxeber-ə istinadən xəbər verir ki, bu gün saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Bakı buxtasındakı gəmilər siqnal səsi ilə şəhidlərimizi anıb.

Eyni mənzərə "Azneft" meydanı kimi tanınan yolda da yaşanıb. Nəqliyyat vasitələrinin hərəkəti tam dayanıb və hər kəs qanlı yanvar günü amansızca şəhid olmuş vətəndaşlarımızın xatirəsini ehtiramla yad ediblər.

Bakı metrosunda da həmin vaxt bütün stansiyalarda və tunellərdə qatarların və sərnişinlərin hərəkəti dayandırılıb, 1 dəqiqəlik fit verilib və şəhidlərin əziz xatirəsi yad edilib.