Foto 12:07 31.07.2018

“Caspian Plaza”da yanğın söndürüldü (AÇIQLAMA/FOTO/VİDEO)

Bakıda "Caspian Plaza" biznes mərkəzində baş verən yanğın lokallaşdırılıb, lazımi tədbirlər görülüb. Bu barədə "Report"a biznes mərkəzindən bildirilib.

Qeyd olunub ki, hadisə baş verən zaman qısa vaxt ərzində biznes mərkəzində işləyən şəxslərin təxliyyəsi həyata keçirilib.
 
***
 
Bakının Cəfər Cabbarlı küçəsində yerləşən "Caspian Plaza” iş mərkəzində yanğın baş verib.

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. İş mərkəzində çalışanlar təxliyyə edilib.

İlkin məlumata görə, yanğına səbəb elektrik xətlərində qısaqapanma olub. Tüstünün binanın bütün mərtəbələrini əhatə etdiyi bildirilir.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.