Video 18:34 14.12.2019

"3-cü mikrorayon bazarı"nda yanğın söndürüldü (VİDEO/YENİLƏNİB)

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın söndürülüb.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
18.00

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən və "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın başlayıb.

Qaynarinfo xəbər verir ki, hadisə yerinə 5 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.