Foto 20:38 17.06.2019

Bakıda daha bir dəhşətli avtobus qəzası: 3 nəfər öldü (VİDEO/ YENİLƏNİB)

Səhiyyə Nazirliyi Qaradağda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Onlar 8-i Kliniki Tibbi Mərkəzə, 4-ü isə Respublika Kliniki Xəstəxanasına çatdırılıb.

***
Bu gün saat 18:00 radələrində Qazax-Bakı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo-nun apa-ya istinadən məlumatına görə, Qaradağ rayonu ərazisində (Norm Sement Zavodu yaxınlığında) "Ford” markalı mikroavtobus və "Toyota Prado” markalı minik avtomobili toqquşub. 

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib.