Ekonomiks 09:10 14.10.2014

Bakıda daha bir piyada keçidi

Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki yeni yeraltı piyada keçidinin tikintisi başa çatmaq üzrədir.

“Qafqazinfo” xəbər verir ki, uzunluğu 88 olan keçiddə son tamamlanma işləri aparılır. Hazırda keçidin tavan hissəsi rənglənir, işıqlandırma sistemi və məhəccərlər quraşdırılır.

Keçid iki giriş-çıxışdan ibarət olacaq.

Tikinti işlərinin oktyabrın sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Qaynar.info