Ölkə 11:10 18.04.2014

Bakıda daha iki yol bağlanacaq

Bakıda daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Qaynar.info-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Məmməd Araz (köhnə adı - Teymur Əliyev) və Yusif Vəzir Çəmənzəminli küçələrində nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı bildirilib.

Eyni səbəblərə görə, bu gün saat 11:00-dan Zığ şossesində (Ramiz Quliyev küçəsi ilə kəsişmədən Zığ dairəsinə qədər) də yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkətinə  məhdudiyyət qoyulacaq.

Qaynar.info