Ölkə 09:46 16.09.2013

Bakıda dəhşətli tıxac - FOTOLAR


Yeni təhsil ilinin başlanması ilə əlaqədar Bakının əsas küçə və prospektlərində tıxac yaranıb. Trend-in məlumatına görə, Yol polisinin müvafiq tədbirlər görməsinə baxmayaraq, Sumqayıt-Bakı yolunda, Babək, Heydər Əliyev prospektlərində, "İçərişəhər" stansiyası ərazisində və digər prospekt və küçələrdə tıxac yaranıb.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin post patrul xidməti və yol polisi əməkdaşları yeni təhsil ili ilə bağlı gücləndirilmiş iş rejimində çalışır (Trend).

ANS Press-in verdiyi xəbərə görə, iş o yerə çatıb ki, bəzi avtobusların sürücüləri maşını yolun ortasında saxlayaraq sərnişinləri düşürüblər. Paytaxtın orta məktəb olan küçələrində avtomobillərin sıxlığı xüsusilə intensivdir.

Qaynar.info