Ekonomiks 14:18 10.04.2014

Bakıda dönərlərin üstündə siçan gəzir - VİDEO

Üç ay ərzində paytaxtda 81 dönərxana standartlara cavab vermədiyindən fəaliyyəti dayandırılıb. 

"Qafqazinfo" xəbər verir ki, bu məlumatı Space TV-yə Gigiyena və Epidemologiya Mərkəzinin idarə rəisi Ziyyəddin Kazımov bildirib. Onun sozlərinə görə, antisanitariya  və natəmizlik şəraitində bişirilib və satılan dönərlərin  insan sağlamlığına ciddi problem yaratmasından dəfələrlə danışılsa da,  paytaxt sakinləri hələ də  bu təhlükəli qəlyanaltıdan imtina etmirlər.