Foto 18:42 09.06.2018

Bakıda dünya çempionatı keçirilir: əcnəbi turistlər necə istirahət edir? (FOTOLAR)

Velosiped idmanının BMX növü üzrə Bakıda keçirilən dünya çempionatı ilə əlaqədar paytaxtımıza minlərlə turist gəlib. Həm onların, həm də yerli tamaşaçıların vaxtlarını səmərəli keçirmələri və istirahət etmələri üçün Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən Veloparkda bütün şərait yaradılıb.
 
Dünya çempionatı davam edən günlərdə Veloparkın istirahət və əyləncə mərkəzində olan tamaşaçılar buradan yarışların gedişini izləyir, milli mətbəximizin təamlarını dadır, həmçinin onlar üçün təşkil edilən konsert proqramlarında əylənirlər. Qeyd edək ki, Veloparkın istirahət və əyləncə mərkəzinə giriş pulsuzdur.