Ölkə 12:22 03.05.2013

Bakıda əməliyyat: uzun müddət gizlənən qatı cinayətkar yaxalandı

Onun silah alverində əli olduğu bildirilir.

Bakının Nizami rayonunda uzun müddət polisdən gizlənən və ağır cinayətlərdə təqsirli bilinən silah alverçisi tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, Alqayıt Əzizov uzun sürən axtarış-əməliyyatından sonra yaxalanıb. Onu Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tuta biliblər.

Qeyd edək ki, Alqayıt Əzizov Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə günahlandırılıb.

Qaynar.info