Ölkə 10:54 15.06.2013

Bakıda ər arvadını ölümcül döydü

Bu gecə Bakının Səbail rayonunda ər arvadını ölümcül döyüb. 

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə, hadisə gecə saat 03:30 radələrində 2-ci Səlyan 23 ünvanında baş verib.

Belə ki, 37 yaşlı Aleksandra Həsənova möhkəm döyülüb. Qadın ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Onun əri tərəfindən döyüldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info