Sənət 14:32 10.02.2015

Bakıda erotik film nümayiş olunacaq - 18+

İngilis yazıçı Erika Ceymsin "Bozun əlli çaları" bestselleri əsasında Sem Teylor-Consonun çəkdiyi eyniadlı film fevralın 12-dən Bakıda, Nizami Kino Mərkəzi, Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.  

Kulis.azın Park Cinema-dan aldığı xəbərə görə,  sözügedən film  18+ məhdudiyyəti ilə rus dilində nümayiş olunacaq. Ceymi Dornan, Dakota Conso, Lyuk Qrams, Viktor Rasukun çəkildiyi film tələbə Anasteyşa və BDSM-lə maraqlanan milyarder Kristian Qrey arasındakı münasibətlərdən bəhs edir…

Qeyd edək ki, Böyük Britaniyanın Filmləri Təsnifatlandırma Şurası “Bozun 50 çaları” filminə “18+” bildirişi təyin edib. Qərar filmdəki qəddar seks səhnələrinə görə verilib.

Qaynar.info