Ekonomiks 20:52 22.10.2014

Bakıda “Formula-1” yolu belə olacaq - FOTO

Yarış yollarının memarı German Tilkeni ona məxsus “Formula-1” yollarının bir almannı iki yarısı kimi oxşar olmaqda ittiham edirlər.

Amma Azərbaycanın şəhər yolunda alman “istədiyin edəcək”. Bakı dairəsi bəzi yerlərdə Monsanı, bəzi yerlərdə isə bobsley yolunu xatırladacaq.

Bu yaxınlarda Bakıda, 2016-cı ildə Qran pri Avropanın keçirilməsi üçün arena olacaq “Formula -1” şəhər yolunun layihəsinin təqdimatı olub. “Soçi-Avtodrom” tikilisinə də cavabdeh olan Tilke GmbH memarlıq bürosu, Xəzər sahilində gələcək trekin layihəsini təqdim edib. İlkin baxışdan 6 kilometrlik küçə dairəsinin iki fərqli tərəfləri ilə hamını hyrətə gətirəcəyi aydın idi.

Birinci – şəhərin müasir hissəsində, məlum olduğu kimi öz aralarında 90 dərəcəlik bucaq altında döngələrlə brləşən bir neçə hamar sahədən ibarətdir. İkinci hissə isə “köhnə Bakıya” dalır, tarixi mərkəzin ətrafında saat əqrəbinə əks istiqqamətdə dönür. Ekspertlər, əmindirlər ki, Bakı “tilkodrom”un layihəsinə baxaraq “Formula-1” komandasının mühəndisləri bolidin tikililərində kompromiss tapmaq üçün saçlarını yolacaqlar.

Sözsüz ki, Qran Pri Avropanın incisi, 2,2 km uzunluğunda Xəzər sahilində olan hissədir. Burada “Formula-1” yarışçıları sürəti 340 km/s çatdıra biləcəklər. Müqayisə üçün bu günə qədər çempionat təqvimində ən uzun düz yol 1,3 km uzunluğunda olan Şanxay yolu belə Bakı yolu ilə yarışa bilməz.  Azərbaycan yolundan üstün yalnız italyan Monsası ola bilər.

Bakı yolunun xarizması şəhərin tarixi hissəsi cavabdehdir. Hündürlüyün dəyişdiyi və cəmi 7 metr eni olan, köhnə binaların yanından keçən dar yollarda çətin ki, iki maşın yerləşə. Yolun bu hissəi çoxlarında bobsley yolu təəssüratı yaradır. “Bu hissədə televiziya operatorları və fotoqraflar üçün qeyri-adi “təsvir” olacaq, layihə rəhbəri German Tilke qeyd edib. – Bolidalar yuxarı qalxaraq sonra isə enərək köhnə hündür divarların yanından ötəcək. maraqlı və nəfəskəsən mənzərə vəd edirəm”.//Oxu.az