Ölkə 10:01 18.10.2013

Bakıda gecə klubunda qətl


20 yaşlı oğlan özündən 4 yaş böyük insanı öldürüb

Bu gün səhər saat 05:00 radələrində Bakının Binəqədi rayonu ərazisində gecə klublarının birində qətl hadisəsi baş verib. Binəqədi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Naxçıvani küçəsi 13 ünvanında yerləşən "Maklub"da 1993-cü il təvəllüdlü Ənvər Kamran oğlu Nəsirov mübahisə zəmnində 1989-cu il təvəllüdlü Səttar Fərman oğlu Məmmədzadəni bıçaqlayıb. Nəticədə Səttar Məmmədzadə dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, arşadırma aparılır.


Qaynar.info