Ölkə 10:09 08.02.2014

Bakıda gəmi yandı


Xətai rayonunda təmirə dayanmış gəmidə yanğın baş verib


Qaynar.infonun FHN-nin saytına istinadən xəbər verir ki, bərə gəmisinin yaşayış sahəsində hər birinin sahəsi 12 kv. m olan iki ədəd kayuta və sahəsi 40 kv. m olan dəhlizin plastik və şüşə pambıq üzlüyü, elektrik kabelləri yanıb.

Gəminin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 22:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Qaynar.info