Video 09:27 12.09.2019

Bakıda "Globus Plaza"nın iri şüşə parçası qırıldı: Yaralılar var (VİDEO)

Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, "Globus Plaza"ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub.

Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, plazadan faktı təsdiqləyiblər. Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.