Foto 09:22 31.03.2018

Bakıda güclü külək 3 yük maşınını aşırdı: yaralılar var (FOTOLAR)

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində 3 yük avtomobili güclü küləyin təsirindən yol kənarına aşıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisələrdən ikisi Bakı-Qazax yolunda baş verib.

Burada un Türkiyə və Gürcüstan dövlət qeydiyyat nişanlı "Scania" və "İveco" markalı qoşqulu yük avtomobilləri aşıb. Nəticədə xəsarət alan olmayıb.
Bundan əlavə Bakı istiqamətində hərəkətdə olan "Ford Transit" markalı "99-FZ-584" dövlət qeydiyyat nişanlı yük avtomobili güclü küləyin təsirindən aşıb. Nəticədə sürücü Əhmədov Məmməd Nəsir oğlu ağır bədən xəsarətləri alaraq özəl xəstəxanaların birinə yerləşdirilib.

Hər üç avtomobil yolun hərəkət hissəsində olduğundan yolda sıxlıq yaranıb. Lakin yolda nəqliyyatın hərəkəti polislər tərəfindən tənzimlənib.