Ölkə 13:24 15.10.2013

Bakıda güclü partlayış: yaralılar var

Bakı şəhərinin Xəzər rayonu ərazisində mənzildə partlayış olub.

Qaynar.info saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Binə qəsəbəsinin ərazisində qəsəbə sakini Qulu Quliyevə məxsus evdə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə evin qapı və pəncərə cərçivələri dağılıb, Q.Quliyevin evində qonaq olan Bakı şəhər sakini Gülnaz İsrafilova və Naxçıvan şəhər sakini Lətif Quliyev xəsarət aldıqlarından xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qaynar.info