Ölkə 23:05 09.06.2018

Bakıda həbsxanada silahlı insident: əsgər yaralandı

Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. 

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib: "Əsgərlərdən birinin  əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində digər hərbçi yüngül yaralanıb”.