Ölkə 13:37 27.04.2013

Bakıda iki gəncin asılmış meyiti tapılıb - YENİLƏNİB

Bakıda asılmış vəziyyətdə meyitləri tapılmış gənclərin şəxsiyyəti müəyyənləşib.

Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, bu gün Ramanı qəsəbəsində yardımçı tikilidə asılmış meyitləri tapılan şəxslərin 1995-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini Ramil Vidadi oğlu Bayramov və 1995-ci il təvəllüdlü, Cəlilabad sakini Qəmbərli Əli Oruc oğlu olduqları müəyyənləşib. Onların dost olduğu bildirilir. Gənclərin intihar etmələrinin səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, məlum hadisə bu gün Ramanı qəsəbəsi, Şuşa məcburi köçkün şəhərciyində qeydə alınıb. Şəhərcikdə yerləşən evlərdən birində iki gəncin asılmış meyiti tapılıb. 

Hadisə yerinə Sabunçu Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

12:56

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Ramanı qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb. Şəhərcikdə yerləşən evlərdən birində iki azyaşlı uşağın asılmış meyiti tapılıb. Onların adları açıqlanmır.

Hadisə yerinə Sabunçu Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info