Sənət 16:30 12.06.2014

Bakıda ilk dəfə Braziliya karnavalı keçiriləcək – FOTO + VİDEO

Şounun aparıcıları Cavid Gül və Səbinə Allahverdiyeva olacaq.

İyunun 26-sı və 27-sində Bakıda ilk dəfə Braziliya karnavalı təşkil olunacaq. Oxu.Az xəbər verir ki, dünyanın ən gözəl, parlaq və emosional şousu olan Braziliya karnavalı ölkəmizdə də baş tutacaq

Braziliyalıların təqdimatında möhtəşəm dekorasiya, rəngbərəng kostyumlar, samba ritmləri və dəfiləsi nümayiş olunacaq. Şounun aparıcıları Cavid Gül və Səbinə Allahverdiyeva olacaq.

Karnaval rəsmi olaraq 26 iyun 21:00 “NAR& SHARAB”da dəniz sahilində açılacaq və 27 iyunda başa çatacaq.

Qaynar.info