Ekonomiks 16:53 10.03.2018

Bakıda ilkin mənzil bazarı bahalaşacaq

2018-ci ilin əvvəlindən Bakının ilkin daşınmaz əmlak bazarında artım üç faiz olub.

Trend-in məlumatına görə, bunu "MBA Group” konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Fevral ayı ərzində ilkin mənzil bazarında bahalaşma 1%-dən çox olub, ilin əvvəlindən isə 3%-dən çox qiymət artımı qeydə alınıb. Ehtimal edilir ki, bu tendensiya il ərzində davam edəcək".

N.İbrahimovun sözlərinə görə, torpaq bazarında da mövsümi artım müşahidə olunur. Eyni zamanda təkrar mənzil bazarında azalma var.

Ekspert bildirib ki, avtomobil bazarında, ilin əvvəlindən artım müşahidə edilirdi, amma fevral ayında qiymətlərdəki stabilliklə əlaqədar bir 1,8 faiz azalma var.