Foto 14:19 18.12.2018

Bakıda iş adamı fantastik qiymətə obyekt satır (FOTOLAR)

Bakıda fantastik qiymətə obyekt satılır.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, bu barədə elan saytlarında məlumat yerləşdirilib. Elanda qeyd edilib ki, satışa çıxarılan obyektin qiyməti 67 milyon manatdır.

Obyekt Bakının Nəsimi rayonunda, 28 may metrosu ilə S.Vurğun parkı yaxınlığında yerləşir.

Sayt obyektin qiymətini dəqiqləşdirmək üçün qeyd edilən nömrə ilə əlaqə saxlayıb. Obyekt satışı ilə məşğul olan şəxs həqiqətən də, qiymətin düzgün yazıldığını bildirib.

Qeyd edək ki, satışa çıxarılan obyekt iş adamlarından birinə məxsusdur.