Ölkə 10:57 22.07.2013

Bakıda jurnalistlərə veriləcək mənzillərin FOTOLARI


Bu gün Milli Mətbuatımızın yaranmasının 138-ci ildönümüdür.

Bu münasibətlə jurnalistlər üçün Bibiheybət qəsəbəsində tikilmiş binanın açılışı keçirilir.

Ümumilikdə 160 mənzilin açarları jurnalistlərə təqdim ediləcək. Artıq binanın açılış mərasimi başlayıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Qeyd edək ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovun bildirdiyinə görə, bu gün – iyulun 22-də Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün ikinci binanın təməli qoyulacaq.

Xatırladaq ki, jurnalistlər üçün bina ölkə prezideninin 2010-cü ildə imzaladığı sərəncamla inşa olunub.

Qaynar.info Lent.az-a istinadən jurnalistlərə veriləcək mənzillərin son fotolarını təqdim edir.

Qaynar.info