Ölkə 16:16 17.06.2013

Bakıda kafe partladı

Bakıda kafelərin birində partlayış olub. 

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 16-da saat 23.45 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən, Bakı şəhər sakini Mürsəl Abbasova məxsus "Abşeron" kafesində qeydə alınıb. Məişətdə istifadə edilən qaz balonunda baş verən partlayış sonradan yanğına keçib. Nəticədə kafedə 42 kv/m sahədə olan əşyalar yanıb, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info