Ölkə 12:13 20.08.2013

Bakıda kişi gənc qadını zorladı - ŞOK OLAY

Turalın əlindəki bıçaqdan qorxan qadın ona təslim olub.


Bakı şəhərində gənc qadın ölümlə hədələnərək zorlanıb.

Qaynar.info xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan 22 yaşlı R.Ə. Suraxanı rayon Prokurorluğuna təcavüz edilməsi ilə bağlı şikayət edib.

Prokurorluqdan Milli.Az-a bildirib ki, gecə saat 04 radələrində Tural Rəsulov qadını ofisiant işlədiyi Binə qəsəbəsindəki kafedən Südçülük sovxozundakı evə gətirib.

Evdə bıçaqla hədələyərək cinsi əlaqədə olmaq istəyib. Etiraz etdikdə isə bıçağı onun ayaqlarına sürtərək kəsəcəyini bildirib.

Bundan sonra qorxudan təslim olan qadınla cinsi əlaqədə olub. Bundan sonra qadın azyaşlı uşağının evdə tək olduğunu deyərək sərbəst buraxılmasını istəsə də, Tural icazə verməyib.

Səhərə yaxın Turalın bıçaq əlində yuxuya getməsindən istifadə edən R.Ə. evdən qaçaraq prokurorluğa üz tutub.

Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qaynar.info