Ölkə 16:15 18.07.2017

Bakıda klassik avtomobillərin yürüşü olacaq (FOTOLAR)

Azərbaycan Avtomobil Federasiyası (AAF) klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək. 

Federasiyadan report-a verilən məlumata görə, adıçəkilən tədbir avqustun 26-da baş tutacaq. 

Məlumata görə, 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər. İştirak etmək istəyən şəxslər qeydiyyat üçün Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır. Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcək.

Yürüşdən sonra mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.

Qaynarinfo.Az