Vətəndaşın mağazadan aldığı yoqurt kifli çıxıb. Halbuki məhsulun istifadə müddəti başa çatmayıb. Bu məsələni qida ekspertləri ilə danışdıq və belə halların səbəblərini aydınlaşdırmağa çalışdıq. Qida Təhlükəsizyliyi Agentliyindən isə bildirildi ki, vətəndaşlar bu kimi hallarla rastlaşdıqda dərhal agentliyin qaynar xəttinə məlumat versinlər.

Məhsulun istifadə müddəti bitməsə də, yoqurtun üzü kif bağlayıb.

Vətəndaş mağazadan yoqurt alıb və belə bir mənzərə ilə qarşılaşıb. Görüntü "Xəzər Xəbər"-in votsap nömrəsinə göndərilib

Qida mütəxəssisi İsa Əliyev deyir ki, süd məhsullarının istehsal prosesində "soyuq zəncir" prinsipinə riayət edilməlidir. Yəni istehsalat zamanı məhsulun içərisində mikroorqanizmlər yoxlanıldıqan sonra, onun soyuq şəraitdə saxlanılması vacib şərtlərdəndir.

Qida mütəxəssisinin sözlərinə görə, ərzaq məhsullarına qatılan qoruyucu maddələrə rəğmən, yenə də məhsul kiflənirsə, deməli, istehsal yerində natəmiz və antisanitar şərait mövcuddur. Vətəndaşlar da belə hallarla tez-tez rastlaşdıqlarını deyirlər

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, bu cür hallarla rastlaşdıqda agentliyin 1003 nömrəli qaynar xəttinə məlumat verilsin. Bundan sonra qurumun mütəxəssisləri dərhal araşdırma aparacaqlar.