Ölkə 14:36 17.08.2019

Bakıda magistralda avtomobil yanır, tıxac var

Bakıda avtomobil yolda yanıb.

Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, hadisə bir qədər əvvəl Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında baş verib.

Magistralda hərəkətdə olan avtomobil qəfil alışıb. Bu səbəbdən hazırda qeyd edilən yolda (şəhər istiqamətində) sıxlıq müşahidə olunur.