Ekonomiks 18:37 06.04.2014

Bakıda milyon avroluq avtomobil - FOTO

Bakının küçələrinin birində qiyməti yüz minlərlə ölçülən "Lamborghini" markalı avtomobil peyda olub.

Fotolardan aydın etmək olur ki, söhbət "Lamboghini Gallardo" markalı avtomobildən gedir.

 Qeyd edək ki, model və formasından asılı olaraq, "Lamborcini" avtomobillərinin qiyməti yüz mindən milyon avroya qədər dəyişə bilir. "Lamborghini Gallardo" markalı avtomobil getdiyi yoldan aslı olaraq saatda 350 kilometr qədər sürət yığmaq imkanına malidir. Yəni, Bakıda yol nəqliyyatı qaydalarını pozmadan bu avtomobilin bütün imkanlarından yararlanmaq möcüzəyə bərabərdir (ANS).