Foto 14:40 25.12.2018

Bakıda nazir müavini qəzaya düşdü (FOTO)

Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakının Bülbül prospektində, Nizami Kino Mərkəzinin qarşısında qəzaya düşüb.

Qaynarinfo bakupost.az-a istinadən xəbər verir ki, İ.Babayev mərkəzin qarşısında "BMW" markalı, 10-AR-009 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən düşərkən "Nissan Tida" markalı avtomobil "BMW"nin qapısına çırpılıb.

Nazir müavini xəsarət almasa da, avtomobilə ziyan dəyib.