Ölkə 09:55 15.02.2018

Bakıda nazirlərin 4-cü iclası başlayıb

Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb.

Qaynarinfo xəbər verir ki, prezident İlham Əliyev iclasda iştirak edir.

Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib. 

Dövlət başçısı İlham Əliyev iclasda nitq söyləyir.